DİN – Poniçalada 9 nəfər narkotik satıcısı saxlanılıb
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları üç aylıq operativ tədbirlər nəticəsində narkotik vasitə satanların cinayət sxemini aşkar ediblər.

Hüquq mühafizəçiləri apardıqları tədbirlər nəticəsində Poniçala məntəqəsində 9 narkotik satıcısını saxlayıb.

Hakimin hökmü əsasında 1981-ci il təvəllüdlü A.X., 1992-ci il təvəllüdlü E.Q., 1987-ci il təvəllüdlü M.M, 1985-ci il təvəllüdlü L.V., 1986-cı il təvəllüdlü İ.İ, 1988-ci il təvəllüdlü L.Q, 1994-cü il təvəllüdlü N.A., 1988-ci il təvəllüdlü N.F və 1973-cü il təvəllüdlü L.K saxlanılıb.

Saxlanılanlar külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi-saxlanılması və istifadəyə verilməsində ittiham olunur.

Törədilmiş cinayətə görə 8 ildən 20 ilə qədər, yaxud ömürlük həbs cəzası nəzərdə tutulur.

İstintaq nəticəsində aydın olub ki, müttəhimlər davamlı şəkildə narkotik vasitələri satışa çıxarırmış.

Polsilər hakimin hökmü əsasında bir neçə dəfə yoxlama üçün müttəhimlərdən “Heroin” alıblar və bunun gizli audio-video qeydini həyata keçiriblər.

Polis müttəhimlərin üzərinə və evinə baxış keçirərkən satış üçün hazırlanmış narkotik vasitələr – “Heroin” və “Metadon”, eləcə də pul, mobil telefonları maddi sübut olaraq müsadirə ediblər.

Mütəşəkkil qrup tərəfindən külli miqdarda narkotik maddələrin qanunsuz əldə eidlməsi-saxlanması və istifadəyə verilməsi faktları ilə bağlı Gürcüstam Cinayət Məcəlləsinin 260-cı maddəsi ilə istintaq aparılır.

Qeyd edək ki, DİN 2020-ci il ərzində 71 nəfər narkotik satıcısı saxlayıb. Narkotik satışının sxemi aşkarlanıb və 40 kq “Heroin” müsadirə edilib. Narkotiklərin onlyan satışına qoşulmuş 16 nəfər məsuliyyətə cəlb olunub. 13 internet mağaza bağlanıb. Psixotrop maddələrin hazırlandığl narko-laboratoriya aşkarlanıb. Qanunsuz dövriyyədən ümumilikdə 89 kiloqram “Heroin”, 1 kq “Kokain”, 7000 həb “Subuteks” və “Suboksin”, 6 kq və 500 qram yeni psixotrop maddələr götürülüb.



Mənbə:
Netgazeti
Print Email
FaceBook Twitter Google