Kutaisidə baş verən yol qəzasında bir nəfər həlak olub
Kutaisidə, Avtomşenebeli küçəsində baş verən qəzada 30 yaşlarında qadın həyatını itirib. Məlumata görə, o, qarşı zolağa keçərək benzindaşıyanla toqquşub və nəticədə, yerindəcə keçinib.

Daxili İşlər Nazirliyindən On.ge-yə verilən məlumata görə hadisə ilə bağlı Cinayət Məcəlləsinin insan tələfatı ilə nəticələnən yol hərəkəti təhlükəsizliyi və ya nəqliyyat vasitəsinin istismar qaydasını pozmanı nəzərdə tutan 276-cı maddəsi ilə istintaq başladılıb.

Mənbə: On
Print Email
FaceBook Twitter Google