Qardabanidə 15 yaşlı qızı qaçıran 4 nəfər həbs olunub
Qardabaninin kəndlərindən birində yetkinlik yaşına çatmamış qızı qanunsuz azadlıqdan məhrum etdiyi üçün 4 nəfər həbs olunub.

Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Qurumun verdiyi məlumata görə, araşdırma zamanı E.B.-nin anasının və 2 qohum qadının köməyi ilə yetkinlik yaşına çatmamış qızı – 2005-ci il təvəllüdlü S.B.-ni evlənmək üçün qaçırdığı ortaya çıxıb.

Törədilmiş cinayətə görə, 7 ildən 10 ilədək həbs cəzası nəzərdə tutulur.

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Şöbəsinin Qardabani Rayon Bölməsinin əməkdaşları həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində yetkinlik yaşına çatmamış bir qızın qanunsuz olaraq azadlıqdan məhrum edilməsi faktı ilə bağlı 4 nəfər: 1997-ci il təvəllüdlü E.B., 1978-ci il təvəllüdlü Ç.A, 1974-cü il təvəllüdlü B.B. və 1995-ci il təvəllüdlü A.B. həbs olunub.

"Qrup tərəfindən əvvəlcədən razılaşma yolu ilə yetkinlik yaşına çatmamış şəxsin qanunsuz olaraq azadlıqdan məhrum edilməsi faktı ilə bağlı Gürcüstanın Cinayət Məcəlləsinin 143-cü maddəsinin 3-cü hissəsinin "a" və "b" bəndləri ilə istintaq aparılır",
– deyə məlumatda bildirilib.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google