Təcriddən icazəsiz çıxan Covid xəstəsi cərimələnib – DİN
Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, polis Batumidə koronavirusa yoluxmuş 1975-ci il təvəllüdlü T.T.-ni təcrid və karantin qaydalarını pozduğuna görə cərimələyib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, yanvarın 4-də keçirilmiş test nəticəsində T.T.-nin Covid-19-a yoluxduğu aşkar olunub və bu səbəbdən, mütəxəssislər ona təcrid olunmağı tövsiyə ediblər. Buna baxmayaraq, həmin vətəndaş özünütəcriddən çıxıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hüquq-mühafizə orqanları koronavirusa yoluxmuş T.T.-ni Batumidəki küçələrdən birində avtomibillə hərəkət edərkən cərimələyib.

Polis koronavirusa yoluxmuş vətəndaşı 2 000 lari dəyərində cərimə yazıb və daha sonra Batumidəki Covid-mehmanxanaya yerləşdirib.

Mənbə: Publika
Print Email
FaceBook Twitter Google