Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Rüşvətxorluqla Mübarizə
Agentliyinin əməkdaşları Zuqdidi bələdiyyə başçısının nümayəndəsini
rüşvət almaq ittihamı ilə həbs ediblər.
DTX-nın verdiyi məlumata görə, istintaq sözügedən şəxsin 65 000 ABŞ
dolları müqabilində dövlətin hesabındakı 5 000 kv.m. sahəli torpağı
vətəndaşın mülkiyyətinə qeyd etməyi vəd etdiyini aşkarlayıb.
"Zuqdidi bələdiyyəsinin nümayəndəsi vətəndaşdan tələb etdiyi
məbləğin bir hissəsini, 15 000 ABŞ dolları aldığı zaman tutulub"
deyə DTX-dan bildirilir.
Əldə olunan məlumata görə, DTX-nın korrupsiyaya qarşı mübarizə
agentliyi tərəfindən, xüsusilə böyük miqdarda rüşvət almaq ittihamı
ilə istintaq aparılır.