Zuqdidi Merinin nümayəndəsi xüsusilə böyük miqdarda rüşvət almaq ittihamı ilə həbs olunub
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Rüşvətxorluqla Mübarizə Agentliyinin əməkdaşları Zuqdidi bələdiyyə başçısının nümayəndəsini rüşvət almaq ittihamı ilə həbs ediblər. DTX-nın verdiyi məlumata görə, istintaq sözügedən şəxsin 65 000 ABŞ dolları müqabilində dövlətin hesabındakı 5 000 kv.m. sahəli torpağı vətəndaşın mülkiyyətinə qeyd etməyi vəd etdiyini aşkarlayıb.

"Zuqdidi bələdiyyəsinin nümayəndəsi vətəndaşdan tələb etdiyi məbləğin bir hissəsini, 15 000 ABŞ dolları aldığı zaman tutulub" deyə DTX-dan bildirilir.

Əldə olunan məlumata görə, DTX-nın korrupsiyaya qarşı mübarizə agentliyi tərəfindən, xüsusilə böyük miqdarda rüşvət almaq ittihamı ilə istintaq aparılır.

Mənbə: On
Print