Gürcüstanın Quriya bölgəsində xristianlar və müsəlmanlar arasında
dini zəmində fiziki qarşıdurma baş verib.
Ötən gün Çoxatauri rayonunun Buknari kəndindəki mübahisəyə səbəb
müsəlman sakinlərin evdən dini ibadət yeri kimi istifadə etmələri
olub.
İnsident zamanı 1985-ci il təvəllüdlü şəxs 17 yaşda olan iki
müsəlman həmkəndlisinə daşla hücum edib. Başları yarılan gənclər
xəstəxanaya çatdırılıb və həyatları təhlükədə deyil.
Zorakılığa yol verən gənc artıq saxlanılıb. Faktla bağlı Cinayət
Məcəlləsinin xəsarətlər yetirmə maddəsi üzrə cinayət işi açılıb. Bu
cinayət əməlinə görə 6 aydan 1 ilədək həbs cəzası tətbiq
olunur.
Mənbə: report.az