Tanışını qəsdən maşınla vuran şəxs saxlanılıb - DİN
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hüquq-mühafizə orqanları qəsdən sağlamlığa ağır zərər vurduğu üçün axtarılan şəxsi - 1988-ci il təvəllüdlü Q.İ.-ni həbs edib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, təqsirləndirilən şəxs, keçmişə dayanan mübahisə zəminində intiqam almaq məqsədi ilə Telavi Bələdiyyəsinin Vardisubani kəndindəki maqistral yolda 1976-cı il təvəllüdlü L.K.-nı qəsdən maşınla vurub, 1984-cü il təvəllüdlü Q.B.-nın bədəninə soyuq silahla xəsarət yetirib və gizlənib.

Hüquq-mühafizə orqanları, axtarılan Q.İ-ni bir neçə ay sonra Kvareli Bələdiyyəsinin kəndlərinin birində tutublar.

Hadisə sağlamlığa qəsdən ciddi ziyan vurmaq faktı üzrə Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsinin birinci hissəsi ilə araşdırılır. Törədilmiş cinayətə görə 3 ildən 6 ilədək həbs cəzası nəzərdə tutulur.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google