Rustavidəki "Libre" mağazası naməlum şəxslər tərəfindən hücuma məruz qalıb
Ötən gecə naməlum şəxslər Rustavinin Mesxişvili küçəsində yerləşən "Libre" mağazasına hücum ediblər. Məlumatı TV4 yayır.

Onların verdiyi məlumata görə, iki kişi supermarketə girib, intiqam almaq məqsədi ilə kassirə qarşı fiziki zorakılıq tətbiq ediblər. Mağazadan pul götürülməyib.

Daxili İşlər Nazirliyindən "Netgazeti"-yə verilən məlumata görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin soyğunçuluğu nəzərdə tutan 179-cu maddəsi ilə istintaq başlanıb.

Mağazaya iki nəfərin soxulduğu iddia edilir. Onlar hələ saxlanılmayıblar.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər