Tbilisidə vaqonda yaşayan bir nəfər soyuq silahla qətlə yetirilib
Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, “Tbilisi dənizi”-nin yaxınlığında vaqonda yaşayan bir nəfər qətlə yetirilib. Təqsirləndirilən şəxs artıq polis tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyindən o da bildirilir ki, təqsirləndirilən şəxs spirtli içki qəbul edib və qarşıdurma zamanı tanışını soyuq silahla yaralayıb, daha sonra isə qaçaraq gizlənib. Yaralanan şəxs hadisə yeridə ölüb.

Nazirlikdən verilən məlumata görə, hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürməni nəzərdə tutan 108-ci maddəsi ilə istintaq başlayıb. Həmin maddəyə görə, cinayəti törədən şəxsi 7 ildən 15 ilədək həbs cəzası gözləyir.

Mənbə: On
Print Email
FaceBook Twitter Google