Gürcüstanın Kaspi rayonunda polis xüsusi əməliyyat keçirib.
Əməliyyat zamanı iki vətəndaşı daş sexində girov saxlayan 27 yaşlı
kişi saxlanılıb.
Həmin şəxs ona maşının verilməsini tələb edib və Gürcüstan
ərazisini tərk edib Rusiyaya getməyi planlaşdırırdı.
Bir neçə saat ərzində polis silahlı şəxslə danışıqlar aparıb və
nəticədə girovlar azad edilib. Xüsusi əməliyyat zamanı xəsarət alan
olmayıb.
Saxlanılan şəxsin 2018-ci ilədək Daxili İşlər Nazirliyinin əmədakşı
olduğu müəyyən edilib. Bir neçə gün öncə o, polisə müraciət edərək
konkret şəxslərə qarşı iddialarının olduğunu bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin zorakılığın tətbiqi ilə iki və ya
daha artıq şəxsin girov götürülməsi maddəsi üzrə istintaq
aparılır.
Mənbə: report.az