Polis Qardabani Bələdiyyəsində yaralanma hadisəsi ilə bağlı 1 nəfəri həbs edib
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis Qardabani Bələdiyyəsində yaralanma faktı aşkarlayıb və 1 nəfəri həbs edib.

"Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Şöbəsinin Qardabani Rayon Şöbəsinin əməkdaşları keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində 1995-ci il təvəllüdlü M.M.-i qəsdən adam öldürməyə cəhd ittihamı ilə həbs ediblər.

Törədilmiş cinayətə görə 7 ildən 15 ilədək həbs cəzası nəzərdə tutulur.

İstintaq zamanı Qardabani Bələdiyyəsinin Qamarcveba kəndində təqsirləndirilən şəxsin içkili halda, qonağı 1994-cü il təvəllüdlü Q.J.-yə soyuq silahla bədəninə xəsarət yetirdiyi və hadisə yerindən qaçdığı məlum olub.

Yaralı tibb müəssisəsinə yerləşdirilib. Sağlamlıq vəziyyəti durmadan pisləşir. Hüquq-mühafizə orqanları hadisədən bir neçə saat sonra şübhəlini müəyyən edib və tutublar.

Qurumdan verilən məlumata görə, hadisə ilə bağlı qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci maddəsi ilə istintaq aparılır.

1tv.ge
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər