Tbilisidə qəza nəticəsində polis məmurları yaralanıb
Kürün sol sahilində baş vermiş avtomobil qəzasında iki polis məmuru yaralanıb. Əldə olunan məlumatlara görə, "Lexus" markalı avtomobil patrul maşını ilə toqquşub və hadisə nəticəsində polis əməkdaşları yaralanıb.

Şahidlərin sözlərinə görə, "Lexus" markalı avtomobilin sürücüsü xəsarət almayıb.

Daxili İşlər Nazirliyindən “Report.ge”-yə verilən məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin yol hərəkəti və ya təhlükəsizlik qaydalarının pozulmasını nəzərdə tutan 276-cı maddəsi ilə istintaq başladılıb.

Mənbə: inforustavi.ge
Print