"TV Pirveli"-nin operatorlarının mikrofonunu oğurlayan 2 nəfər saxlanılıb – DİN
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Tbilisidə "TV Pirveli" operatorlarının mikrofonunu oğurlamaqda təqsirləndirilən 2 nəfər saxlanılıb. Polis 1993 və 1994-cü il təvəllüdlü şəxsləri qrup şəklində soyğunçuluqda ittiham edib.

İstintaq nəticəsində təqsirləndirilən şəxslərin "TV Pirveli"-nin operatorları 1999-cu il təvəllüdlü Q.Ş. və 1999-cu il təvəllüdlü B.K.-a məxsus mikrofonu oğurlayaraq hadisə yerindən qaçdığı məlum olub. Polis hadisədən bir neçə saat sonra hər iki müttəhimi həbs edib”, – deyə DİN məlumat verib.

Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 178-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi və 3-cü maddəsinin "b" bəndi ilə istintaq aparılır. Törədilmiş cinayətə görə 5 ildən 8 ilə qədər həbs cəzası nəzərdə tutulur.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər