Lançxutidə bir qadını qatar vurub - O, yerindəcə həyatını itirib
Quriada, Lançxuti şəhərində bir qadını qatar vurub. Vətəndaş qəzadan dərhal sonra həyatını itirib. Daxili İşlər Nazirliyindən "Publika"-ya verilən məlumata görə, hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 275-ci maddəsinin 4-cü hissəsi ilə istintaq başlanılıb.

Bu maddədə insan tələfatı ilə nəticələnən dəmir yolu nəqliyyatının təhlükəsizliyi və ya istismarı qaydalarının pozulmasından bəhs olunur.

Törədilən cinayətə görə, 5 ildən 7 ilə qədər həbs cəzası nəzərdə tutulur.

Mənbə: publika.ge
Print Email
FaceBook Twitter Google