Rustavidə bir yeniyetmə eyvandan yıxılıb.
"Info Rustavi"-nin yaydığı məlumata əsasən, XIX mikrorayonda 13
yaşlı qız 3-cü mərtəbədəki mənzilinin eyvanında olanda halı
pisləşib və o eyvandan yıxılıb.
Hadisə yerinə dərhal təcili yardım briqadası cəlb olunub. Uşaq
Rustavi şəhərindəki klinikaya aparılıb və burada ona ilk tibbi
yardım göstərilib.
Hazırda xəstə Tbilisidəki İaşvili Klinikasına köçürülüb.
Rustavi klinikasından "İnfo Rustavi"-yə verilən məlumata görə, tibb
müəssisəsinə qəbul olunanda qız oyaq olub, onda çoxsaylı sınıqlar
müəyyən olunub.