Marneulidə metal tullantıları yığan məntəqə qarət edilib və işçilərə fiziki hücum edilib
Marneulinin Qızılhacılı kəndində silahlı basqın - Təxminən 10 nəfər komendant saatlarında metal tullantıları yığma məntəqəsinə soxularaq işçilərə fiziki hücum ediblər.

Cinayətkarlar odlu silahdan istifadə edərək mühafizəçilərdən pul alıblar, daha sonra döydükləri işçiləri otağa kilidləyib mühafizə məntəqəsini yandırıblar.

Hər iki zərərçəkmiş hazırda polis tərəfindən dindirilir.

Yerli sakinlərin verdiyi məlumata görə, zərərçəkmişlər səhər saatlarında, səs-küy nəticəsində tapılıb.

"Səhər kabinənin yandığını gördük. Zərərçəkmişlər gecəni burada keçiriblər, 10-dək şəxsin onlara hücum etdiklərini söyləyirlər. Pulları götürüblər, sonra yaxınlıqdakı başqa bir kabinəyə kilidləyiblər və onların yaşadığı kabinəni yandırıblar. Hadisə iki gün əvvəl baş verib. Təcavüzkarlar arasında bir qız da var idi", - deyə yerlilərdən məlumat verib.

Polis hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin üç maddəsi: 179, 187 və 143-cü maddələri ilə istintaq başladıb, lakin indiyə qədər hələ heç kim saxlanılmayıb.

Mənbə: mtavari.tv
Print Email
FaceBook Twitter Google