Gürcüstana külli miqdarda narkotik vasitə gətirməyə cəhd göstərən
Azərbaycan vətəndaşı saxlanılıb.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis
Departamentinin və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük
Departamentinin “Sınıq Körpü” gömrük keçid məntəqəsində keçirdiyi
birgə əməliyyat nəticəsində saxlanılan 1991-ci il təvəllüdlü
S.A.-nın üzərindən iki bağlamada 119.21 qram “Metadon” tərkibli
narkotik vasitə aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanıb. Günahı sübuta yetiriləcəyi
təqdirdə saxlanılan şəxs 15 ildən 20 ilədək həbs edilə bilər.
Mənbə: apa.az