Gürcüstana narkotik aparmağa cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb
Gürcüstana külli miqdarda narkotik vasitə gətirməyə cəhd göstərən Azərbaycan vətəndaşı saxlanılıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin “Sınıq Körpü” gömrük keçid məntəqəsində keçirdiyi birgə əməliyyat nəticəsində saxlanılan 1991-ci il təvəllüdlü S.A.-nın üzərindən iki bağlamada 119.21 qram “Metadon” tərkibli narkotik vasitə aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanıb. Günahı sübuta yetiriləcəyi təqdirdə saxlanılan şəxs 15 ildən 20 ilədək həbs edilə bilər.

Mənbə: apa.az
Print