Gürcüstan Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, polis
qəsdən adam öldürməyə cəhd ittihamı ilə 1999-cu il təvəllüdlü
İ.V.-i həbs edib.
Qurumdan verilən məlumata görə, aparılan istintaq tədbirləri
nəticəsində 2021-ci il yanvar ayının 25-də, Diğomi massivində,
"Nikora" supermarketi yaxınlığında, mübahisə zəmnində şübhəlinin
mağazanın işçisini soyuq silahla sinəsindən bıçaqladığını
müəyyənləşib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, yaralı
xəstəxanaya aparılıb, orada əməliyyat olunub, həyatı üçün heç bir
təhlükə yoxdur.
Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci maddəsi
ilə istintaq davam edir.
Törədilmiş cinayətə görə 7 ildən 15 ilədək həbs cəzası nəzərdə
tutulur.