Polis "Nikora" işçisinə xəsarət yetirməkdə təqsirləndirilən bir nəfəri həbs edib
Gürcüstan Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, polis qəsdən adam öldürməyə cəhd ittihamı ilə 1999-cu il təvəllüdlü İ.V.-i həbs edib.

Qurumdan verilən məlumata görə, aparılan istintaq tədbirləri nəticəsində 2021-ci il yanvar ayının 25-də, Diğomi massivində, "Nikora" supermarketi yaxınlığında, mübahisə zəmnində şübhəlinin mağazanın işçisini soyuq silahla sinəsindən bıçaqladığını müəyyənləşib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, yaralı xəstəxanaya aparılıb, orada əməliyyat olunub, həyatı üçün heç bir təhlükə yoxdur.

Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci maddəsi ilə istintaq davam edir.

Törədilmiş cinayətə görə 7 ildən 15 ilədək həbs cəzası nəzərdə tutulur.

Mənbə: Netgazeti
Print