Marneulidə yaşayış evi yanıb (FOTO)
Marneulidə, Nərimanov küçəsi 15 ünvanında yaşayış evi yanıb. Qarabağlılar ailəsində yanğın səhərə yaxın olub. Həmin vaxt ailə üzvlərinin hamısı yatırmış.



Onlar bizimlə söhbətləri zamanı bildirdilər ki, evdən heç nə çıxara bilməyiblər. Yanğına güman ki, dam örtüyündən keçən elektrik xətti səbəb olub. Yanğınsöndürən briqadası yanğını söndürüb. Hadisə nəticəsində heç kim xəsarət almayıb.



Qarabağlılar ailəsinin üzvləri bildirirlər ki, evdə yalnız bir nəfər işləyirmiş və ailəni dolandırırmış. Ancaq pandemiyaya görə o, da işini itirərək gəlirsiz qalıb. Ailə yardım tələb edir.



Daxili İşlər Nazirliyindən "Marneuli" radiosuna bildirdilər ki, baş vermiş faktla bağlı Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə ehtiyatsızlıqdan əşyaya ziyan vurma, yaxud məhv etməni nəzərdə tutur.

Print Email
FaceBook Twitter Google