DİN Sameqrelo-Zemo Svaneti Polis Şöbəsinin Senaki Rayon Polis
Bölməsinin əməkdaşları əməliyyat-istintaq hərəkətləri nəticəsində
1964-cü il təvəllüdlü Z.N.-ı qəsdən adam öldürməyə cəhd ittihamı
ilə Senakidə saxlayıb.
Törədilmiş cinayətə görə 7 ildən 15 ilədək həbs cəzası nəzərdə
tutulur.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, aparılan istintaq
nəticəsində aydın olub ki, təqsirləndirilən şəxs Senaki
bələdiyyəsinin Axalsopeli kəndində mübahisə zəminində 1995-ci il
təvəllüdlü Q.S. istiqamətində ov tüfəngindən atəş açıb, atəş
nəticəsində dörd nəfər – 1995-ci il təvəllüdlü Q.S., 1992-ci il
təvəllüdlü X.S., 1960-cı il təvəllüdlü N.N. və 1984-cü il
təvəllüdlü R.N. yaralanıb.
"Hüquq-mühafizə orqanları hadisədən bir neçə saat sonra
təqsirləndirilən şəxsi saxlayıb. Cinayətdə istifadə olunmuş silah
maddi sübut kimi müsadirə olunub. Təqsirləndirilən şəxs təqsirini
etiraf edib.
Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam
öldürməyə cəhd maddəsini nəzərdə tutan 19-108-ci maddəsi ilə
istintaq aparılır", – deyə Daxili İşlər Nazirliyindən
bildirilib.