Senakidə 4 nəfəri yaralayan şəxs həbs olunub – Daxili İşlər Nazirliyi
DİN Sameqrelo-Zemo Svaneti Polis Şöbəsinin Senaki Rayon Polis Bölməsinin əməkdaşları əməliyyat-istintaq hərəkətləri nəticəsində 1964-cü il təvəllüdlü Z.N.-ı qəsdən adam öldürməyə cəhd ittihamı ilə Senakidə saxlayıb.

Törədilmiş cinayətə görə 7 ildən 15 ilədək həbs cəzası nəzərdə tutulur.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, aparılan istintaq nəticəsində aydın olub ki, təqsirləndirilən şəxs Senaki bələdiyyəsinin Axalsopeli kəndində mübahisə zəminində 1995-ci il təvəllüdlü Q.S. istiqamətində ov tüfəngindən atəş açıb, atəş nəticəsində dörd nəfər – 1995-ci il təvəllüdlü Q.S., 1992-ci il təvəllüdlü X.S., 1960-cı il təvəllüdlü N.N. və 1984-cü il təvəllüdlü R.N. yaralanıb.

"Hüquq-mühafizə orqanları hadisədən bir neçə saat sonra təqsirləndirilən şəxsi saxlayıb. Cinayətdə istifadə olunmuş silah maddi sübut kimi müsadirə olunub. Təqsirləndirilən şəxs təqsirini etiraf edib.

Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsini nəzərdə tutan 19-108-ci maddəsi ilə istintaq aparılır",
– deyə Daxili İşlər Nazirliyindən bildirilib.

Mənbə: Netgazeti
Print