Tbilisi dənizinin yaxınlığında avtomobil qəzası baş verib [video]
Tbilisi dənizinin yaxınlığında avtomobil qəzası baş verib.

İki avtomobil bir-biri ilə toqquşub.

Toqquşma nəticəsində bir avtomobilə ciddi ziyan dəyib, digəri isə aşıb.

Sərnişinlərin zədələnmiş avtomobildən çıxarılması üçün xilasetmə qrupunun köməyinə ehtiyac yaranıb.

Qəza nəticəsində bir neçə nəfər yaralanıb, onlar tibb müəssisəsinə aparılıblar.

Daxili İşlər Nazirliyindən "İnfo Rustavi"-yə verilən məlumata əsasən, hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin insan sağlamlığına az ağır ziyan vurması ilə nəticələnən yol hərəkəti qaydaları və istismar qaydalarının pozulmasını nəzərdə tutan 276-cı maddəsinin 2-ci hissəsi ilə istintaq başladılıb.

Print Email
FaceBook Twitter Google