Tbilisi dənizinin yaxınlığında avtomobil qəzası baş verib.
İki avtomobil bir-biri ilə toqquşub.
Toqquşma nəticəsində bir avtomobilə ciddi ziyan dəyib, digəri isə
aşıb.
Sərnişinlərin zədələnmiş avtomobildən çıxarılması üçün xilasetmə
qrupunun köməyinə ehtiyac yaranıb.
Qəza nəticəsində bir neçə nəfər yaralanıb, onlar tibb müəssisəsinə
aparılıblar.
Daxili İşlər Nazirliyindən "İnfo Rustavi"-yə verilən məlumata
əsasən, hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin insan
sağlamlığına az ağır ziyan vurması ilə nəticələnən yol hərəkəti
qaydaları və istismar qaydalarının pozulmasını nəzərdə tutan 276-cı
maddəsinin 2-ci hissəsi ilə istintaq başladılıb.