Gənc moped sürücüsü park edilmiş trayler ilə toqquşaraq həyatını itirib
Batuminin Baqrationi küçəsində yol qəzası baş verib. Gənc bir moped sürücüsü park edilmiş trayler ilə toqquşub. Gənc aldığı xəsarət nəticəsində yerindəcə həyatını itirib.

Mövcud məlumatlara görə, mərhum 30 yaşlarında bir kişidir.

Daxili İşlər Nazirliyindən report.ge-yə verilən məlumata görə hadisə Cinayət Məcəlləsinin insan tələfatı ilə nəticələnən yol hərəkəti təhlükəsizliyi və ya istismar qaydalarının pozulmasını nəzərdə tutan 276-cı maddənin 6-cı hissəsi ilə araşdırılır.
წყარო: report.ge
Print Email
FaceBook Twitter Google