Gürcüstanın Kaxeti bölgəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda
ittiham olunan 1978-ci il təvəllüdlü şəxs saxlanılıb.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib.
İstintaqla müəyyən olunub ki, həmin şəxs bu ilin fevralın 4-də
cinayət ortaqları ilə əvvəldən mövcud olan fikir ayrılıqları
səbəbindən Laqodexi bələdiyyəsində azərbaycanlıların yaşadığı Qabal
kəndinin 1973-cü il təvəllüdlü sakininə xəsarətlər yetirib. Zərər
çəkən şəxs xəstəxanaya yerləşdirilib və müvafiq müalicə alıb.
Cinayətdə əli olan digər şəxslərin müəyyən olunması üzrə
istintaq-əməliyyat tədbirləri aparılır.
Saxlanılan şəxsi 7 ildən 10 ilədək azadlıqdan məhrum etmə cəzası
gözləyir.
Mənbə: report.az