Kaxetidə döyülmə faktına görə, polis tərəfindən saxlanılan var
Gürcüstanın Kaxeti bölgəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham olunan 1978-ci il təvəllüdlü şəxs saxlanılıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib.

İstintaqla müəyyən olunub ki, həmin şəxs bu ilin fevralın 4-də cinayət ortaqları ilə əvvəldən mövcud olan fikir ayrılıqları səbəbindən Laqodexi bələdiyyəsində azərbaycanlıların yaşadığı Qabal kəndinin 1973-cü il təvəllüdlü sakininə xəsarətlər yetirib. Zərər çəkən şəxs xəstəxanaya yerləşdirilib və müvafiq müalicə alıb.

Cinayətdə əli olan digər şəxslərin müəyyən olunması üzrə istintaq-əməliyyat tədbirləri aparılır.

Saxlanılan şəxsi 7 ildən 10 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

Mənbə: report.az
Print