Tbilisidə, Kürün sağ sahilində bir avtomobil qəzası nəticəsində
yanğın baş verib.
Fövqəladə hallar xidmətindən "Netgazeti"-yə verilən məlumata görə,
briqada hadisə yerinə gəldikdə, sürücü artıq həyatını itirib.
Bundan başqa, bildirilib ki, hadisə yerinə yanğınsöndürənlər cəlb
olunub və yanğın artıq söndürülüb.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi, Gürcüstan Cinayət
Məcəlləsinin insan tələfatı ilə nəticələnən yol hərəkəti
təhlükəsizliyini və ya istismarını pozmağı nəzərdə tutan 276-cı
maddəsinin 6-cı hissəsi ilə istintaq başladıb.