Kürün sağ sahilində bir avtomobil yanıb və nəticədə sürücü dünyasını dəyişib
Tbilisidə, Kürün sağ sahilində bir avtomobil qəzası nəticəsində yanğın baş verib.

Fövqəladə hallar xidmətindən "Netgazeti"-yə verilən məlumata görə, briqada hadisə yerinə gəldikdə, sürücü artıq həyatını itirib. Bundan başqa, bildirilib ki, hadisə yerinə yanğınsöndürənlər cəlb olunub və yanğın artıq söndürülüb.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi, Gürcüstan Cinayət Məcəlləsinin insan tələfatı ilə nəticələnən yol hərəkəti təhlükəsizliyini və ya istismarını pozmağı nəzərdə tutan 276-cı maddəsinin 6-cı hissəsi ilə istintaq başladıb.

Mənbə: Netgazeti
Print