14 yaşlı qızın ölümü ilə bağlı aparılan istintaq nəticəsində mərhumun babası saxlanılıb
Fevralın 10-da Kobuletinin kəndlərindən birində 14 yaşlı qızın ölümü ilə əlaqədar gəncin babası həbs olunub. Məlumatı Azadlıq Radiosuna Prokurorluq təsdiqləyib.

14 yaşlı qızın babasının hansı ittihamlarla və hansı maddə ilə həbs olunduğu barədə əlavə məlumat, dəqiqləşən kimi Azadlıq Radiosu tərəfindən yayımlanacaq.

Xatırladaq ki, 14 yaşlı qız fevralın 9-da Kobuletidə evinin yaxınlığında babası tərəfindən ölü tapılıb.

Ertəsi gün qızın ölümü ilə bağlı aparılan istintaq tədbirləri nəticəsində 23 yaşlı gənci həbs onunub. Prokurorluq məhbusa iki maddə ilə ittiham irəli sürüb. Bunlar: Gürcüstan Cinayət Məcəlləsinin 140-cı maddəsinin birinci hissəsi (əvvəlcədən bilərək, on altı yaşına çatmamış bir uşağın bədəninə cinsi xarakterli təcavüz (iki epizod)) və 115-ci maddə (intihara həddinə çatdırma). Bu maddələrdə 7 ildən 9 ilədək həbs cəzası nəzərdə tutulur.

Gürcüstan Daxili İşlər Nazirliyinin apardığı istintaq nəticəsində müəyyən edilib ki, “təqsirləndirilən N.T., N.C.-nın 16 yaşdan kiçik olduğunu bilə-bilə, gələcəkdə onunla evlənəcəyi barədə aldadaraq, 2020-ci ilin dekabr və iyun aylarında onunla cinsi əlaqə qurub və daha sonra onunla əlaqəsini kəsib. Daha sonra qıza onunla evlənməyəcəyini söyləyib və bununla qızın ləyaqətini alçaldıb. N.C 2021-ci ilin fevralın 9-da intihar edib".

Polis N.T.-ni hakimin qərarı əsasında 2020-ci ilin fevralın 10-u həbs edib.

Mərhum N.C.-yə qarşı mümkün olan digər zorakılıq hərəkətlərini müəyyən etmək üçün istintaq davam edir.

Mənbə: radiotavisupleba.ge
Print