Gürcüstanın Kaxeti bölgəsində ailə üzvünə ağır xəsarətlər
yetirməkdə ittiham olunan 2003-cü il təvəllüdlü R.M. adlı şəxs
saxlanılıb.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.
İstintaqla müəyyən olunub ki, yeniyetmə fevralın 15-də Laqodexi
bələdiyyəsinin Gəncəli kəndində 1978-ci il təvəllüdlü anasını soyuq
silahla yaralayıb.
Qadın xəstəxanaya yerləşdirilib və müvafiq müalicə alır. Polis
bıçağı maddi sübut kimi müsadirə edib.
Faktla bağlı istintaq davam etdirilir. Yeniyetmənin günahı sübuta
yetirilərsə, onu 5 ildən 8 ilədək azadlıqdan məhrum etmə cəzası
gözləyir.
წყარო: police.ge