Marneuli-Tbilisi magistral yolunda yol-nəqliyyat hadisəsi baş verib
Marneuli-Tbilisi magistral yolunun Teleti hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində iki nəfər yaralanıb.

Məlumata görə, iki avtomobil bir-biri ilə toqquşub.

Daxili İşlər Nazirliyindən "report.ge"-yə verilən məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin nəqliyyat vasitəsinin hərəkət təhlükəsizliyi və ya istismar qaydalarının sağlamlığa nisbətən yüngül xəsarət yetirilməsi ilə nəticələnən pozulmasını nəzərdə tutan 276-cı maddəsinin ikinci hissəsi ilə istintaq başladılıb.

Mənbə: report.ge
Print