Marneulidə bir ailənin üç üzvü yaşadığı evdə ölü tapılıb
Marneuli rayonunda evlərdən birində bir ailənin üç üzvünün meyiti tapılıb. Həmin şəxslər ana, ata və onların yetkinlik yaşına çatmayan övladıdır.

Onların dəm qazından zəhərlənərək öldükləri müəyyən edilib. Ailənin həmin evdə kirayə qaldığı bildirilir. Cəsədləri Rustaviyə ekspertiziyaya aparılıb.

DİN-dən verilən məlumata görə, baş vermiş faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 240 prima maddəsinin 3-cü hissəsi ilə istintaq aparılır. Həmin maddə iki və ya daha çox insanın ölümü ilə nəticələnən elektrik, yaxud istilik enerjisi, qaz, neft, yaxud neft məhsulları obyektinin layihələşdirilməsi, tikintisi, yaxud istismarı zamanı təhlükəsizlik qaydalarının pozulmasını nəzərdə tutur.
Print Email
FaceBook Twitter Google