Marneulidə bir ailənin üç üzvü yaşadığı evdə ölü tapılıb
Marneuli rayonunda evlərdən birində bir ailənin üç üzvünün meyiti
tapılıb. Həmin şəxslər ana, ata və onların yetkinlik yaşına
çatmayan övladıdır.
Onların dəm qazından zəhərlənərək öldükləri müəyyən edilib. Ailənin
həmin evdə kirayə qaldığı bildirilir. Cəsədləri Rustaviyə
ekspertiziyaya aparılıb.
DİN-dən verilən məlumata görə, baş vermiş faktla bağlı Gürcüstan
Cinayət Məcəlləsinin 240 prima maddəsinin 3-cü hissəsi ilə istintaq
aparılır. Həmin maddə iki və ya daha çox insanın ölümü ilə
nəticələnən elektrik, yaxud istilik enerjisi, qaz, neft, yaxud neft
məhsulları obyektinin layihələşdirilməsi, tikintisi, yaxud
istismarı zamanı təhlükəsizlik qaydalarının pozulmasını nəzərdə
tutur.