Rustavidə bina sökülən zaman bir nəfər həlak olub [video]
Rustavidə bina sökülərkən bir gənc həyatını itirib.

"Info Rustavi"-nin verdiyi məlumata görə, Ostrovski küçəsindəki binalardan biri sökülərkən beton plitə orada işləyən 30 yaşlı kişinin üzərinə düşüb.

Təcili yardım qrupu hadisə yerinə gəldikdə gənc kişi artıq həyatını itirib.

Hadisə yerinə xilasetmə və patrul polis qrupları da cəlb olunub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 240-cı maddənin ikinci hissəsi ilə istintaq başladılıb. Həmin maddə dağ-mədən, tikinti və ya başqa işlər zamanı təhlükəsizlik qaydalarının pozulması nəzərdə tutur.


Mənbə: inforustavi.ge
Print Email
FaceBook Twitter Google