Kaxetidə ailə zorakılığı, hədələmə və 10 yaşındakı qız uşağına qarşı cinsi istismar ittihamı ilə bir nəfər həbs olunub
21:40 / 21.02.2021
Daxili İşlər Nazirliyinin Kaxeti Polis Şöbəsinin əməkdaşları,
əməliyyat və istintaq tədbirləri nəticəsində, 1990-cı il təvəllüdlü
Q.İ.-ni ailə zorakılığı, təhdid və cinsi istismar ittihamı ilə
Laqodexidə həbs edib.
Törədilmiş cinayətə görə, 15 ildən 20 ilə qədər və ya ömürlük həbs
cəzası nəzərdə tutulur.
Aparılan istintaq nəticəsində aydın olub ki, təqsirləndirilən şəxs
azyaşlı uşaqlarının yanında həyat yoldaşına qarşı sistematik olaraq
psixoloji zorakılıq tətbiq edib və bıçaqla onu öldürməklə
hədələyib. Q.İ. yetkinlik yaşına çatmayan uşaqlarına qarşı da
zorakılıq göstərib.
Bundan əlavə, aparılan istintaq tədbirləri nəticəsində
təqsirləndirilən şəxsin ailəsinə qonaq gələn 10 yaşlı bir qıza
qarşı cinsi cinayət törətdiyi də müəyyən edib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 11'-151-ci maddəsinin
2-ci hissəsinin "d" bəndi, 126-cı maddəsinin 2-ci hissəsinin "a",
"b" və "c" bəndləri və 137-ci maddəsinin 4-cü hissəsinin "d" bəndi
ilə istintaq başladılıb.