Tbilisidə qəza nəticəsində 3 nəfər dünyasını dəyişib
Tbilisinin Tsereteli prospektində iki avtomobil toqquşub. Avtomobil qəzası zamanı üç nəfər hadisə yerində dünyasını dəyişib.

Hadisənin komendant saatında baş verdiyi bildirilir.

Qəzaya səbəbin yüksək sürət olması ehtimal edilir.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə Gürcüstan Cinayət Məcəlləsinin 2 və ya daha çox insanın ölümü ilə nəticələnən yol hərəkəti təhlükəsizliyi və ya istismar qaydalarının pozulmasını nəzərdə tutan 276-cı maddəsinin səkkizinci hissəsi ilə araşdırılır.

Mənbə: report.ge
Print Email
FaceBook Twitter Google