Telavidə qətl hadisəsi baş verib - ailənin üç üzvü qətlə yetirilib
Telavinin Qoşadze küçəsində qətl hadisəsi baş verib. Gürcüstanın Birinci Kanalına Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bir ailənin üç üzvü öldürülüb.

Istintaq, ağır şəraitdə ailə üzvünün qəsdən öldürülməsi maddəsi ilə (Cinayət Məcəlləsinin 11 prima-109 maddəsi) aparılır.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Nazirliyin bəyanatına əsasən cinayəti törədən şəxsin saxlanılması ilə bağlı istintaq, əməliyyat-axtarış tədbirləri intensiv şəkildə davam etdirilir.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google