Rustavidə avtomobil qəzası baş verib
Rustavinin Rustaveli küçəsində avtomobil qəzası baş verib.

"Info Rustavi"-nin verdiyi məlumata görə, "Opel" və "Mitsubishi" markalı avtomobillər bir-biri ilə toqquşub.

Toqquşmadan sonra "Mitsubishi" markalı avtomobil dəmir bəndə çırpılıb və səkiyə çıxıb.

Qəza nəticəsində xəsarət alan olmayıb.



Print Email
FaceBook Twitter Google