Hüquq-mühafizə orqanları "Vahid Milli Hərəkatın" qərargahına atəş
açdığına görə 29 yaşlı bir kişini saxlayıb.
Bu barədə "İnterpressNews"-a Daxili İşlər Nazirliyindən məlumat
verilib.
Qurumdan verilən məlumata görə, saxlanılan şəxs Kaxetidə qanunsuz
olaraq odlu silah alıb-saxlamaq və daşımaq, başqasının əmlakına
ziyan vurmaqda təqsirləndirilir. Daxili İşlər Nazirliyindən verilən
məlumata görə, atəş pnevmatik silahla avtomobildən açılıb.
"Tbilisi Polis Şöbəsinin İsani-Samqori Baş Polis
İdarəsinin əməkdaşları əməliyyat və istintaq tədbirləri nəticəsində
1991-ci il təvəllüdlü D.K.-nı Kaxetidə qanunsuz olaraq odlu silah
alıb-saxlamaq və daşımaq, başqasının əmlakına ziyan vurmaq ittihamı
ilə saxlayıb.
Törədilmiş cinayətə görə 4 ildən 7 ilədək həbs cəzası nəzərdə
tutulur.
İstintaq nəticəsində aydın olub ki, D.K. bu il 17 mart tarixində
"Vahid Milli Hərəkat"-ın Kaxeti şosesindəki ofisinin fasadındakı
plakata avtomobildən pnevmatik silahla atəş açıb və hadisə yerindən
qaçıb.
Hüquq-mühafizə orqanları D.K.-nı hadisədən bir neçə saat sonra
"isti izlərlə" saxlayıb.
Saxlanılan şəxsin mənzilinə baxış zamanı polis bir pnevmatik
tapança, odlu silah patronları və narkotik maddə – “marixuana”
götürüb.
Saxlanılan şəxs cinayəti törətdiyini etiraf edib.
Faktla bağlı Cinayət Məcəlləsinin qanunsuz olaraq odlu silah
alıb-saxlama və gəzdirməni və başqasının əmlakına ziyan vurmanı
nəzərdə tutan 236 və 187-ci maddələri ilə istintaq
aparılır”, – Daxili İşlər Nazirliyinin açıqlamasında
bildirilib.