Daxili İşlər Nazirliyi qanunsuz silah aşkarlayıb – iki nəfər həbs olunub
Daxili İşlər Nazirliyinin Mərkəzi Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş Polis İdarəsinin əməkdaşları əməliyyat-istintaq tədbirləri nəticəsində 1987-ci il təvəllüdlü E.K. və 1994-cü il təvəllüdlü T.X.-nı qrup şəklində odlu silahların qanunsuz alınması, saxlanılması, daşınması və satışı ittihamı ilə saxlayıb. Məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Qurumdan verilən məlumata görə, istintaq zamanı T.X.-nin qeyri-qanuni olaraq satmaq üçün yeddi ədəd "Glock" model odlu silah və sursatı E.K.-ya təhvil verdiyi aydın olub.

"E.K.-nın idarə etdiyi avtomobilə baxış keçirilərkən hüquq-mühafizə orqanları 7 ədəd "Glock" odlu silah aşkarlayaraq müsadirə edib.

Qanunsuz olaraq odlu silah alınması, saxlanılması, daşınması və satışı faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü, 5-ci və 6-cı hissələri ilə istintaq aparılır.

Törədilmiş cinayətə görə 8 ildən 11 ilə qədər həbs cəzası nəzərdə tutulur”,
– deyə Daxili İşlər Nazirliyindən bildirilib.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google