Daxili İşlər Nazirliyinin Mərkəzi Polis İdarəsinin Mütəşəkkil
Cinayətkarlıqla Mübarizə Baş Polis İdarəsinin əməkdaşları
əməliyyat-istintaq tədbirləri nəticəsində
1987-ci il təvəllüdlü E.K. və 1994-cü il təvəllüdlü T.X.-nı qrup
şəklində odlu silahların qanunsuz alınması, saxlanılması, daşınması
və satışı ittihamı ilə saxlayıb. Məlumatı Daxili İşlər Nazirliyi
yayıb.
Qurumdan verilən məlumata görə, istintaq zamanı T.X.-nin
qeyri-qanuni olaraq satmaq üçün yeddi ədəd "Glock" model odlu silah
və sursatı E.K.-ya təhvil verdiyi aydın olub.
"E.K.-nın idarə etdiyi avtomobilə baxış keçirilərkən
hüquq-mühafizə orqanları 7 ədəd "Glock" odlu silah aşkarlayaraq
müsadirə edib.
Qanunsuz olaraq odlu silah alınması, saxlanılması, daşınması və
satışı faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 236-cı
maddəsinin 3-cü, 5-ci və 6-cı hissələri ilə istintaq aparılır.
Törədilmiş cinayətə görə 8 ildən 11 ilə qədər həbs cəzası nəzərdə
tutulur”, – deyə Daxili İşlər Nazirliyindən
bildirilib.