Kobuletidə ata və oğul damı təmir edərkən yıxılaraq yerindəcə vəfat
ediblər.
Yerli sakinlərin dediklərinə görə, hadisə dünən gecə saatlarında
qonşuya evin damını təmir etməyə kömək edərkən baş verib.
Yaxınları deyir ki, əvvəlcə oğlu, sonra atası qonşunun evinin
damından yıxılıb. Yaxınlarının dediklərinə görə, 61 yaşlı Memed
Cincaradzenin oğlunun yıxılması səbəbiylə infarkt keçirdiyi ehtimal
olunur.
Gürcüstan Daxili İşlər Nazirliyi hadisə ilə bağlı Gürcüstan Cinayət
Məcəlləsinin səhlənkarlıq nəticəsində sağlamlığa ağır ziyan vurmanı
nəzərdə tutan 124-cü maddəsi ilə istintaq başladıb.