Kobuletidə ata və oğul damı təmir edərkən yıxılaraq yerindəcə həyatlarını itiriblər
Kobuletidə ata və oğul damı təmir edərkən yıxılaraq yerindəcə vəfat ediblər. Yerli sakinlərin dediklərinə görə, hadisə dünən gecə saatlarında qonşuya evin damını təmir etməyə kömək edərkən baş verib.

Yaxınları deyir ki, əvvəlcə oğlu, sonra atası qonşunun evinin damından yıxılıb. Yaxınlarının dediklərinə görə, 61 yaşlı Memed Cincaradzenin oğlunun yıxılması səbəbiylə infarkt keçirdiyi ehtimal olunur.

Gürcüstan Daxili İşlər Nazirliyi hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin səhlənkarlıq nəticəsində sağlamlığa ağır ziyan vurmanı nəzərdə tutan 124-cü maddəsi ilə istintaq başladıb.

Mənbə: İnterPressNews
Print