Patrul Marneulili kişini küçədə marixuana bükdüyünə görə saxlayıb
Bu gün, 18 mart tarixində patrul “Marneuli” radiosunun ofisi qarşısında gənc kişini saxlayıb.

Kişi yolla gedərkən marixuana bükürmüş və bu zaman patrul polisi əməkdaşları onu saxlayıb.

Hadisə yerinə iki patrul ekipajı cəlb olunub. Vətəndaşdan marixuana sübut olaraq müsadirə edilib. Gənc kişi patruldan marixuananı geri qaytarmağı tələb edib.

“Marneuli” radiosu Daxili İşlər Nazirliyindən hansı maddəyə əsasən istintaqa başlanılması barədə cavab gözləyir.

Print Email
FaceBook Twitter Google