Qardabanidə oğru aləminə üzvlük və qəsbkarlıq ittihamı ilə iki nəfər həbs olunub – DİN
Polis Qardabanidə oğru aləminə üzvlük və qəsbkarlıq ittihamı ilə iki nəfər saxlayıb.

Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.

DİN-in məlumatına görə, müttəhimlərdən biri xaricdə yaşayan kriminal avtoritetin göstərişi ilə sistematik olaraq başqa bir müttəhimin vasitəçiliyi ilə həmkəndlisi ilə əlaqə quraraq ailəni öldürməklə və sağlamlıqlarına zərər vurmaqla hədələyərək “oğru dünyası” üçün pul köçürməsini tələb ediblər.

Nazirlikdən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 223-cü maddəsi və 181-ci maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. Saxlanılan şəxsləri 4 ildən 10 ilədək həbs cəzası gözləyir.



Mənbə: On
Print Email
FaceBook Twitter Google