Türkiyədə, küçədə bir gənc gürcü qadını öldürülüb [photo]
Türkiyə mətbuatının verdiyi məlumata görə, 25 yaşlı gürcü qadını Teo Tuaşvili Pakistan əsilli bir adamla yaşayırmış. Əldə olunan məlumata əsasən 4 nəfər onların evlərinə soxulub. 6 nəfər arasındakı mübahisə qanlı qarşıdurmaya çevrilib və bu zaman gürcü qadın və pakistanlı kişi bıçaqlanıb.

Cinayətkar olduğu iddia edilən şəxslər hadisə yerindən qaçıb.

Gürcü qadın yerindəcə həyatını itirib, ağır yaralanan Pakistanlı kişi təcili yardım briqadası tərəfindən xəstəxanaya aparılıb.

Teo Tuaşvilinin qohumunun "Info Rustavi"-yə verdiyi məlumata görə, qadın İstanbulda tekstil fabriklərindən birində işləyirmiş.


Print Email
FaceBook Twitter Google