Tbilisi Bələdiyyə Müəffətişliyinin əməkdaşı rüşvətxorluq ittihamı ilə saxlanılıb
Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, rüşvətxorluqla mübarizə idarəsinin əməkdaşları Tbilisi bələdiyyə müfəttişliyinin əməkdaşını saxlayıb.

Qurumun yazdığına görə, istintaq nəticəsində rüşvət alma ittihamı ilə bələdiyyənin İsani-Samqori rayon şöbəsinin baş mütəxəssisi saxlanılıb.

“İstintaq nəticəsində aydın olub ki, bələdiyyə müfəttişliyinin əməkdaşı, Gürcüstan vətəndaşı, Tbilisidə, Afrika məntəqəsində həyata keçirilmiş qanunsuz tikintinin gizlədilməsi və qanunla nəzərdə tutulmuş inzibati vergidən azad olunması qarşılığında vasitəçi ilə rüşvət qismində 2500 lari tələb edərək alıb”, — rəsmi məlumatda deyilir.

Rüşvətxorluq faktı ilə bağlı istintaq aparılır. İstintaqı DTX-nın rüşvətxorluğa qarşı agentliyi həyata keçirir.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google